Siqareti tərgitməyin üç yolu - Araşdırma

00:30 - 09 May 2025

Siqareti tərgitməyin üç yolu - Araşdırma

Massaçusets Universitetinin alimləri siqareti tərgitməyin üç ən yaxşı yolunu müəyyən ediblər. 


Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, siqareti tərgitməyin yollarından biri, sitizin adlı bitki tərkibli Vareniklin dərmanının qəbulu və nikotin tərkibli elektron siqaretlərin istifadəsidir.

Nikotin asılılığından qurtulmağın müxtəlif üsullarının effektivliyini qiymətləndirmək üçün alimlər  14 əsas elmi rəyi təhlil ediblər. Məlum olub ki, ənənəvi siqaretlərin elektron ilə əvəzlənməsi birinciyə olan həvəsdən qurtulmağa kömək edir. Digər yol olan nikotin əvəzedici terapiya məhsulları (yamaqlar, spreylər, saqqızlar) effektivlik baxımından daha aşağıdır.

Alimlər həmçinin aşkar ediblər ki, Vareniklin dərmanının qəbulu insanlara siqareti buraxmağa kömək edir. 

Yeganə



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv