Solaxaylara XƏBƏRDARLIQ 

13:14 - 12 May 2025

Solaxaylara XƏBƏRDARLIQ 

Dünyada insanların təxminən 10 faizi solaxaydır. Almaniyanın Bochum Ruhr Universitetində aparılan yeni tədqiqat solaxaylıqla bağlı maraqlı nəticələr ortaya qoyub.


Manset.az-ın əldə etdiyi məlumata görə, aparılan araşdırmalara görə, solaxay və iki əlli şəxslər (ambidekstriya) autizm, disleksiya və şizofreniya kimi dil pozğunluqlarına daha çox meyllidirlər.

Tədqiqatda qeyd olunur ki, həm dil, həm də əllilik beyində müəyyən bir tərəflə bağlı olduğu üçün bu əlaqə elmi baxımdan məntiqlidir.

Həmçinin araşdırmalar göstərir ki, solaxaylıq yaradıcılıq, məkan düşüncəsi və bəzi idman növlərində üstünlük kimi müsbət xüsusiyyətlərlə də əlaqələndirilə bilər.

Leonardo da Vinçi, Barack Obama və Oprah Winfrey kimi tanınmış adlar da solaxaylardandır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv