AYNA-dan Anar Rzayevin qardaşına məxsus şirkət barədə AÇIQLAMA

18:25 - 12 May 2025

AYNA-dan Anar Rzayevin qardaşına məxsus şirkət barədə AÇIQLAMA
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA rəhbəri Anar Rzayevin qardaşı İlqar Rzayevə məxsus “Van der Val Intl. Transport Bakı” şirkətinə edilən lisenziya “güzəştləri” barədə saytda yayımlanan yazıya münasibət bildirib. 


AYNA-dan Manset.az-a verilən məlumata görə, sözügedən şirkətin 4 ildir fəaliyyət göstərmədiyi vurğulanıb. “Şirkət 4 ildir fəaliyyətini dayandırıb. Buraxılış vəsiqəsi və kartları üçün də müraciət etməyib.  Qeyd edilən müddət ərzində heç bir icazə bu şirkətə verilməyib. Şirkət icazə üçün müraciət də etməyib”, - deyə AYNA-dan bildirilib.

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv