“Azəriqaz” rəhbərliyi Qəbələdə vətəndaşları qəbul edəcək

11:57 - 14 May 2025

“Azəriqaz” rəhbərliyi Qəbələdə vətəndaşları qəbul edəcək

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov Qəbələdə vətəndaş qəbulu keçirəcək.


Manset.az xəbər verir ki, qəbul mayın 16-sı saat 11:00-da Həzi Aslanov küçəsində yerləşən Mədəniyyət Mərkəzində baş tutacaq. 

Görüş zamanı Qəbələ və Oğuz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional qaz istismarı İdarəsinə (tel: 050-845-97-89; 050-845-70-88) müraciət edə bilərlər. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv