Messidən yeni REKORD

10:27 - 13 İyul 2025

Messidən yeni REKORD

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatında "Neşvill"ə qarşı ev oyununda dubl edib.

 

Manset.az xəbər verir ki, Messi MLS-də ardıcıl 5-ci matçında iki qol vurub.

Messi bu göstərici üzrə turnirin rekordunu müəyyən edib.

Ümumilikdə isə Messi turnirdə ardıcıl 6-cı oyundur fərqlənir.

MLS tarixində buna yalnız 2018-ci ildə "Atlanta"da çıxış edən venesuelalı hücumçusu Xosef Martinez nail olub.

Messinin cari MLS mövsümündə 16 oyunda 16 qolu var. O, bombardirlər siyahısında "Neşvill"in ingilis hücumçusu Sem Sörric ilə birlikdə birinci yeri bölüşür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az