Vətəndaşın evini dağıtdıran “Melissa Group”un rəhbəri həbsxanadan buraxıldı

12:55 - 14 May 2025

Vətəndaşın evini dağıtdıran “Melissa Group”un rəhbəri həbsxanadan buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Qalib Məmmədov barəsindəki həbs qərarı ötən həftə dəyişdirilib. Onun istintaqı ev dustaqlığı şəraitində davam edəcək.

Xatırladaq ki, Q. Məmmədov martın 28-i Yasamal rayonunda söküntü işi ilə əlaqədər cinayət işi çərçivəsində saxlanılmış, bir gün sonra isə barəsində həbs qətimkan tədbiri seçilmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv