Cahangir Əsgərov bu bankın əsas səhmdarı oldu

16:21 - 16 May 2025

Cahangir Əsgərov bu bankın əsas səhmdarı oldu

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərov “Premium Bank” ASC-nin əsas səhmdarı olub.


Manset.az Gununsesi.info-ya istinadən  xəbər verir ki, səhmlər onun nəzarətinə həyat yoldaşı Zərifə Həmzəyevanın bu ilin yanvar ayında vəfat etməsindən sonra keçib.

Onun ölümünə qədər bankın nizamnamə kapitalında 84,5 % paya malik olub. Səhmlərin 15,2 %-nə “VIP Aviation Services” MMC, 0,3 %-nə isə Elvira Əhmədova nəzarət edib.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. 

2024-cü ilin yekununda onun nizamnamə kapitalı 154,6 milyon manat təşkil edib. Bu ilin aprel ayında isə bank nizamnamə kapitalını 20 milyon manat və yaxud yaxud 12,9 % artıraraq 174,6 milyon manata çatdırıb. Kapital artımından sonra kredit təşkilatının səhmdarlarının yeni pay bölgüsü açıqlanmayıb.

Qeyd edək ki, C.Əsgərov 1996-cı ildə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru vəzifəsinə təyin edilib. 2008-ci ildən isə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunub. 2023-cü ilin sentyabrında isə vəzifəsindən azad olunub. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv