Mütəxəssislər astma xəstəliyinə dair vacib açıqlamalar veriblər.
Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, astma tənəffüs yollarının həddindən artıq həssaslığı ilə ortaya çıxır və müalicə olunmadıqda Xroniki Obstruktiv Ağciyər Xəstəliyi (KOAH) kimi qalıcı xəstəliklərə çevrilə bilər.
Alimlər qeyd edirlər ki, təbiət - meşə gəzintiləri astma xəstələrinə tövsiyə olunsa da, bəzi hallarda çiçək tozcuqları və yaz allergiyası vəziyyəti ağırlaşdıra bilər.
Ekspertlər uşaqlarda astmanın artmasına siqaret tüstüsü, çirklilik və genetik meylin təsir etdiyini bildiriblər.