Bakı şəhərində dövlət mənzil fonduna aid 9 mərtəbəli yaşayış binalarında liftlərin satınalınması və quraşdırılması ilə bağlı hazırlıqlar yekunlaşdırılıb.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, liftlərin alınması və quraşdırılması ilə bağlı artıq “Vertus Engineering Co” şirkəti ilə müqavilə də bağlanılıb.
Müqaviləyə əsasən, dövlət mənzil fonduna aid 9 mərtəbəli yaşayış binalarının liftlə təmin olunması 7 milyon manata başa gələcək.
Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin fevral ayında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda paytaxt üzrə də doqquz mərtəbəli binalarda 141 lift quraşdırılması öz əksini tapıb.