Şagirdlər imtahandan ağlayaraq çıxdı - VİDEO 

22:40 - 17 May 2025

Şagirdlər imtahandan ağlayaraq çıxdı - VİDEO 

Bu gün Paytaxtın Nəsimi rayonunda yerləşən 46 saylı tam orta məktəbdə imtahan verən 4-cü sinif şagirdlərinin imtahandan gec buraxıldığı iddia edilir. Belə ki, imtahan vərəqələrinin şagirdlərə imtahan başlayandan 3-4 saat sonra paylanıldığı bildirilir.


Manset.az xəbər verir ki, məsələ ilə bağlı həmin şagirdlərin valideynləri Baku TV-yə müraciət edib.

Onların iddialarına görə, imtahan başlayandan 150 dəqiqə sonra bitməli olsa da, şagirlər 4-5 saat məktəbdən buraxılmayıblar.

Məktəbin qarşısında gözləyən valideynlər bu haldan narahat olaraq uşaqlarının buraxılmasını tələb ediblər. Onların tələbindən sonra şagirdlər ağlayaraq məktəb binasından çıxıb.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilib ki, 4-cü sinif şagirdləri üçün keçirilən monitorinq zamanı bir imtahan mərkəzində texniki məsələlərlə bağlı problem yaranıb:

“Bununla bağlı operativ tədbirlər görülüb. Uşaqlara optimal vaxt ərzində biliklərini nümayiş etdirmək üçün müvafiq vaxtın verilməsi təmin olunub”.

Daha ətraflı süjetdə:





Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv