Aqil Ələsgər Qazaxıstan Xalqlar Assambleyasının sədr müavini ilə görüşdü - FOTOLAR

00:17 - 18 May 2025

Aqil Ələsgər Qazaxıstan Xalqlar Assambleyasının sədr müavini ilə görüşdü - FOTOLAR

Almatıda keçirilən “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir çərçivəsində qardaş ölkəyə səfər edən Azərbaycan nümayəndə heyətinin üzvləri Qazaxıstan Xalqlar Assambleyasında olublar.


Manset.az xəbər verir ki, tərkibində Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin də yer aldığı nümayəndə heyətini Qazaxıstan Xalqlar Assambleyasının sədrinin müavini Rəsul Əhmədov qəbul edib.



Assambleyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verən R.Əhmədov, həmçinin, Azərbaycanın və Qazaxıstanın qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. Daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Qeyd edək ki, “Qazaxıstan–Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin, UNESCO-nun Qazaxıstan nümayəndəliyinin, Dünya Axısxa Türkləri Birliyinin (DATÜB), “İpəkyolu” İctimai Diplomatiya Vəqfinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilib.


Onu da bildirək ki, Qazaxıstan Xalqlar Assambleyasının sədri ölkə Prezidenti Kasım-Jomart Tokayevdir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv