Tənqid olunan büstün müəllifi danışdı: "Qənirə Paşayeva şou-biznes nümayəndəsi deyildi”

08:54 - 19 May 2025

Tənqid olunan büstün müəllifi danışdı: \"Qənirə Paşayeva şou-biznes nümayəndəsi deyildi”

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə tanınmış heykəltəraş Elxan Zeynalov Qənirə Paşayevanın büstünü hazırlayıb. Lakin sosial şəbəkələrdə izləyicilər əsəri tənqid edərək, büstün Qənirə Paşayevaya bənzəmədiyini qeyd edib.


Heykəltəraş Elxan Zeynalov ilk dəfə məsələ ilə bağlı Manset.az-a açıqlama verib. O, tənqidlərə açıq olduğunu bildirib:

“Bəli, Qənirə xanım daha gözəl idi. Mən bunu deyənlərə "Var olun!" deyirəm. Amma unutmayaq ki, o, aktrisa və ya şou-biznes nümayəndəsi deyildi. O, hər şeydən öncə siyasi xadim idi. Buna görə də ona həsr etdiyim büstü sadə şəkildə təqdim etdim. Saçlar açıq, bir qədər dalğalı, azca daş-qaş… Amma mən onun ciddi və zəhmətkeş obrazını məhz bu cür təsəvvür etmişəm".

Qeyd edək ki, Qənirə Paşayeva ictimaiyyət tərəfindən fəallığı və milli mövqeyi ilə tanınan sima olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv