Ərzincanda “Qərbi Azərbaycana Qayıdış” konfransı keçirildi – FOTO/VİDEO

15:14 - 24 May 2025

Ərzincanda “Qərbi Azərbaycana Qayıdış” konfransı keçirildi – FOTO/VİDEO

Türkiyənin Ərzincan şəhərində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Üçüncü Sektor” İctimai Birliyi və Türk İnternet Media Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış” layihəsi çərçivəsində konfrans baş tutub.




Manset.az xəbər verir ki, Ərzincan Dövlət Binəli Yıldırım Universitetində baş tutan tədbirin açılışında çıxış edən Türk İnternet Media Birliyinin (TİMBİR) Şərqi Anadolu bölgə rəhbəri Selçuk Özdemir iştirakçıları salamlayaraq layihənin əhəmiyyətindən bəhs edib.


Daha sonra layihə rəhbəri, Qarabağ qazisi və “Vətəninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı tədbir iştirakçılarına layihə ilə bağlı geniş məlumat verib.


Tədbirdə rəsmi çıxışlarla Ərzincan Binali Yıldırım Universitetinin rektor müavini Prof. Dr. Çağrı Çırak, Ərzincan valisinin müavini Ömər Özbəy, TİMBİR sədri Süleyman Basa və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər çıxış ediblər.


Rəsmi çıxışların ardından Türkiyənin “Merhaba” qəzetinin baş redaktoru, Balıkəsir Jurnalistlər Cəmiyyətinin sədri Semra Akyürekin moderatorluğu ilə “Qərbi Azərbaycana Qayıdış” layihəsinə həsr olunmuş panel müzakirələrinə start verilib.


Paneldə Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir, Birlik Xəbər Agentliyinin (BHA) direktoru Muhammet Kaçar, “Star” qəzetinin köşə yazarı Cüneyd Altıparmak və Adıyaman Universitetinin professoru Prof. Dr. Şehrebanu Allahverdi Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın üzləşdiyi humanitar problemlər, tarixi haqlar və onların doğma yurdlarına dönüş imkanları barədə fikir və təkliflərini bölüşüblər.


Tədbirin sonunda çıxışçılara plaket təqdim olunub və xatirə şəkili çəkilib.





Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv