Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Kriştiano Ronaldunun yığmadan ayrılmasından sonra kapitanlıq sarğısına namizəd olan futbolçuların adlarını açıqlayıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, millidə kapitan seçimi futbolçuların keçirdiyi oyunların sayına əsasən müəyyənləşdirilir.
“Hazırda yığmada ən çox oyun keçirən beş futbolçu var. Maraqlıdır ki, onların hamısı vaxtilə çalışdırdığım klublarda mənim rəhbərliyim altında çıxış ediblər. Bu prinsip bundan sonra da qorunacaq.
Kriştiano Ronaldodan sonra ən çox oyuna Bernardu Silva çıxıb. Daha sonra Ruben Diaş, Joau Kanselu, Ruben Neveş və Bruno Fernandeş gəlir. Ardıcıllıq mütləq bu cür deyil, amma namizədlər həmin beş futbolçudur”, - deyə Jezuş bildirib.