logo
logo logo
logo

Portuqaliya millisinin kapitanı kim olacaq?

00:30 - 07 Noyabr 2026

Portuqaliya millisinin kapitanı kim olacaq?

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Kriştiano Ronaldunun yığmadan ayrılmasından sonra kapitanlıq sarğısına namizəd olan futbolçuların adlarını açıqlayıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, millidə kapitan seçimi futbolçuların keçirdiyi oyunların sayına əsasən müəyyənləşdirilir.

“Hazırda yığmada ən çox oyun keçirən beş futbolçu var. Maraqlıdır ki, onların hamısı vaxtilə çalışdırdığım klublarda mənim rəhbərliyim altında çıxış ediblər. Bu prinsip bundan sonra da qorunacaq.

Kriştiano Ronaldodan sonra ən çox oyuna Bernar­du Silva çıxıb. Daha sonra Ruben Diaş, Joau Kanselu, Ruben Neveş və Bruno Fernandeş gəlir. Ardıcıllıq mütləq bu cür deyil, amma namizədlər həmin beş futbolçudur”, - deyə Jezuş bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az