Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu sabah yola düşəcək.
Manset.az xəbər verir ki, bu barədə APA-ya QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
"178 nəfərlik ikinci zəvvar qrupu sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək. Zəvvarlar 4 qrupa bölünüb. İlk qrup 43, digərləri 45 nəfərdən ibarətdir",- o bildirib.
Həmçinin o qeyd edib ki, hazırda ilk zəvvar qrupu miqat üçün Cöhfədədir. Onlar vacib sözləri deyərək ehram bağlayacaqlar.
Xatırladaq ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunub və hava nəqliyyatı ilə həyata keçirilir.