Ölkənin
aparıcı internet provayderi CityNet yeni nəsil TV platformasını istifadəyə
verib. Platforma
istifadəçilərə TV, smartfon, planşet və veb-brauzer üzərindən fasiləsiz izləmə
və bir neçə kanala eyni zamanda baxmaq imkanı yaradır. Eyni zamanda, CityNet TV
ilə canlı yayımı geri çəkmək, arxivə baxmaq və yaddaşa yazmaq, sevimli
kanalları qeyd etmək mümkündür. Platforma çoxsaylı cihaz dəstəyi ilə hər kəs
üçün əlçatan bir əyləncə mərkəzi rolunu oynayır.
CityNet
TV “BluTV”, “Setanta Sports”, “Dizi Channel”, “FilmBox” kimi premium kanalları izləmə
imkanı təqdim edir. Bundan əlavə, istifadəçilər platforma üzərindən “YouTube”,
“Netflix”, “Amazon Prime”, “Spotify” kimi məşhur tətbiqlərə də rahatlıqla baxa
bilərlər.
İstifadəçilər
CityNet TV xidmətindən müxtəlif rahat üsullarla yararlana bilərlər. Tətbiqi
“App Store” və “Google Play” üzərindən müxtəlif cihazlara yükləmək, Smart TV-lərdə
birbaşa izləmək mümkündür. Təqdim olunan kontentə həm kabelli, həm də Wi-Fi
bağlantılı STB (Set-Top Box) vasitəsilə televizorda baxmaq imkanı da mövcuddur.
Daima öz
abunəçilərini düşünən CityNet yaxın zamanda TV platformasında istifadəçilərə
bir sıra yeniliklər təqdim edəcək.
CityNet
yüksəksürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV xidmətləri təqdim
edən və daim inkişaf edən internet provayderidir. Qoşulma və ya ətraflı məlumat
üçün www.citynet.az saytına
keçid edə və ya *1177 ilə əlaqə saxlaya bilərsiniz.