"Follikul donoru olaraq 500-700 manat əldə eldə edə bilərsiniz".
Manset.az Xəzər TV-yə istinadən məlumat verir ki, sosial şəbəkələrdə yüzlərlə bu cür elana rast gəlmək olar. "Instagram" və "TikTok" platformasında "Follikul donorluğu" adlı onlarla səhifə mövcuddur.
İddialara görə, 500-700 manat müqabilində qadınlardan toplanan follikullar yüksək məbləğ qarşılığında övladı olmayan şəxslərə satılır. Yəni, insanın genetik materialı, sözün əsl mənasında, bazar malına çevrilir.
Hətta bəzi mama-ginekoloqların bu prosesdə vasitəçi və ya bilavasitə iştirakçı olması iddiaları da var.
Ətraflı süjetdə: