Köhnə dəmli çay xərçəng yaradır

08:00 - 29 May 2025

Köhnə dəmli çay xərçəng yaradır

Səhər açılar-açılmaz mətbəxə keçib çaydanı işə salmaq azərbaycanlıların adətidir. Amma çoxları bilmədən səhv edir: əvvəlki günün dəmli çayını ocağa qoyub yenidən qızdırır, bir stəkan da ondan içir. Halbuki bu görünməz təhlükə mənbəyidir.


Manset.az Milli.Az-a istinadla bildirir ki, mütəxəssislər xəbərdarlıq edirlər.

Çay dəmləndikdən sonra 30-45 dəqiqə ərzində içilməzsə, həm dadını itirir, həm də tərkibindəki faydalı maddələr oksidləşməyə başlayır. Oksidləşmə dediyin isə zərərli maddələrin yaranmasına zəmin yaradır. Ən qorxulusu - nitritlər. Bu toksik maddələr immun sistemi zəiflədir, mədə-bağırsaq problemləri yaradır, uzun müddət davam edərsə, xroniki xəstəliklərin də səbəbi ola bilər.

Yay aylarında isə məsələ daha da ciddiləşir. Açıqda qalan çay bakteriyaların sevimli məkanına çevrilir. İçirsən - bilmədən öz bədəninə zərər verirsən.

Qənaət üçün edilən bu sadə görünən vərdiş uzun müddətdə sağlamlığa baha başa gələ bilər. Odur ki, mütəxəssislər deyirlər: təzə dəm çay içmək həm dadlıdır, həm faydalı. Gecədən qalan çaya ümid bağlamaqdansa, hər dəfə az miqdarda, amma təzə dəm hazırlamaq daha doğru seçimdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv