Bağçada uşağı döyən müəllimə işdən çıxarıldı

13:56 - 29 May 2025

Bağçada uşağı döyən müəllimə işdən çıxarıldı

"Lənkəran Kaspi Kids" bağçasında uşağa şiddət göstərən müəllimə işdən azad edilib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Kaspi" Təhsil Şirkətindən məlumat verilib.

Qeyd olunub ki, baş verən hadisə ilə bağlı araşdırma aparılıb:

"Kaspi Kids" Lənkəran nümayəndəliyi məktəbəqədər hazırlıq xidməti təqdim edən müəssisədir. Həmin müəssisə "Hirkan Hazırlıq Kursu" MMC tərəfindən idarə olunur. Həmin MMC "Kaspi Kids" brendi adından istifadə üçün françayzinq müqaviləsinə əsasən rəsmi icazə ilə fəaliyyət göstərirdi.
Bu kimi hallar təhsil müəssisəsinin prinsiplərinə və dəyərlərinə tamamilə ziddir. Bu səbəblə baş verən hadisə dərhal araşdırılıb, müvafiq əməkdaş işdən azad edilib. Eyni zamanda, "Kaspi Kids" brendin təhsil keyfiyyəti prinsiplərinə uyğun fəaliyyət göstərmədiyi üçün "Hirkan Hazırlıq Kursu" MMC-nin françayzinq müqaviləsinə xitam verilib.

Qeyd edək ki, bu xoşagəlməz hadisədən dərin təəssüf hissi keçiririk. Gələcəkdə bu kimi halların baş verməməsi üçün nəzarət mexanizmləri daha da gücləndiriləcək, bütün zəruri tədbirlər görüləcək".

***

10:13

Polis Lənkəranda bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparır.


Bu barədə Manset.az-a DİN-nin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumat verib. 

Bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkədə şəhər ərazisində yerləşən “Kaspi Kids” uşaq bağçasında azyaşlılara şiddət göstərilməsi ilə bağlı video görüntülər yayılıb.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv