Naxçıvan televiziyası peyk yayımına başladı

11:04 - 30 May 2025

Naxçıvan televiziyası peyk yayımına başladı

Bu gün Naxçıvanda Qlobal İnformasiya Mühiti və Media Trendləri” Konfransı –“MEDİAFEST-2025”keçirilir. Konfrans çərçivəsində Naxçıvan televiziyası Azerspace-1" peykində (11135 Horizontal  30000) yayıma başlayıb.


Manset.az xəbər verir ki, Naxçıvanda keçirilən tədbirdə ölkənin tanınmış media nümayəndələri, rəsmi qonaqlar- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, 

Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən qonaqlar iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin 15 avqust tarixli sərəncamına əsasən Naxçıvan televiziyasına  yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv