Bakıda 30 minlik OĞURLUQ - Qadın və kişi tutuldu

11:22 - 30 May 2025

Bakıda 30 minlik OĞURLUQ - Qadın və kişi tutuldu

Bakının Nəsimi rayonunda yerləşən evlərin birindən ümumilikdə 25 000 manat pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlanıb. 


Daxili İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 41 yaşlı X.Bayramov saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq faktı isə Moskva prospektində qeydə alınıb. 

Paytaxt sakininin içərisində 5600 manat olan pul kisəsini talamaqda şübhəli bilinən Şamaxı rayon sakini 58 yaşlı qadın da müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv