"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin apellyasiya şikayətinə baxılıb.
Manset.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində qərar qəbul olunub.
Məhkəmənin qərarı ilə Vüqar Zeynalzadə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Bundan başqa, narkotik ittihamı ilə həbs edilən "Tosu" ləqəbli tiktoker Məhərrəm Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib.
M.Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hər iki tiktoker polis tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Onlar, CM-in 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir.