İyunun 1-dən etibarən "WhatsApp" bir sıra smartfonların köhnə modellərini dəstəkləməyi dayandırır.
Manset.az xəbər verir, bu barədə məlumat xarici KİV-lərdə yer alıb.
Bildirilib ki, İOS 15.1 və Android 5.1, yaxud ondan daha köhnə versiyalarla işləyən cihazlarda istifadəçilər artıq "WhatsApp" istifadə edə bilməyəcəklər.
Şirkət istifadəçilərə əməliyyat sistemlərini yeniləmələrini, bu mümkün olmadıqda isə daha yeni cihazlara keçmələrini tövsiyə edib.