Enerjinizi səssizcə tükədən 6 VƏRDİŞ

08:30 - 01 İyun 2025

Enerjinizi səssizcə tükədən 6 VƏRDİŞ

Bəzən fiziki yorğunluq hiss etməsək də, enerji baxımından tükənmiş ola bilərik.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislər bildirir ki, bədən enerjimizin yalnız fiziki fəaliyyətə deyil, həm də emosional və psixoloji faktorlara sərf olunması yorğunluğun əsas səbəblərindən biridir.

Enerjinizi azaldan 6 vərdiş:


Təsdiq axtarmaq – Özünüzü sübut etməyə çalışmaq və dəyərinizi başqasının münasibətindən asılı etmək sizi tükəndirə bilər.

Daimi stress və özgələrinin fikirlərinə köklənmək – Başqalarının nə düşündüyünü həddindən artıq düşünmək emosional enerjinizi azaldır.

Tək tərəfli münasibətlər – Yalnız siz çalışırsınızsa, bu münasibət enerjinizi alır, sizi gücləndirmir.

Başkalarının problemlərinə görə məsuliyyət daşımaq – Hər kəsin yükünü daşımaq mümkün deyil. Sərhədlər vacibdir.

Həddən artıq məşğul olmaq – Daim nəsə etməyə çalışmaq bəzən daxili sakitliyi boğur.

Sizi önəmsəməyən insanları qazanmağa çalışmaq  – Hər kəs səni sevməyəcək, dəstəkləməyəcək və ya qayğına qalmayacaq. 



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv