Bu həftə 4 gün iş OLMAYACAQ 

11:00 - 02 İyun 2025

Bu həftə 4 gün iş OLMAYACAQ 

Azərbaycanda bu həftədən etibarən ardıcıl 4 gün qeyri-iş günü olacaq.


Manset.az xəbər verir ki, 6, 7, 8 və 9 iyun tarixlərində iş olmayacaq.

Belə ki, 6 və 7 iyun Qurban bayramına təsadüf edir. 8 iyun isə bazar günüdür.  Qanunvericiliyə əsasən, 7 iyun tarixi şənbəyə, yəni qeyri-iş gününə təsadüf etdiyi üçün növbəti həftənin bazar ertəsi – 9 iyun tarixi də istirahət günü hesab olunur.

Beləliklə beşgünlük iş həftəsində çalışanlar üçün iyunun 6-dan başlayaraq 4 gün ardıcıl iş olmayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv