Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası
(AKAF) uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi yönündə mütəmadi
təbliğat və təşviqat işləri həyata keçirir. Kütləviliyi təmin etmək məqsədi ilə
aparılan işlər çərçivəsində federasiya Gənclər və İdman Nazirliyi ilə birgə 1
iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib.
Manset.az xəbər verir ki, "Gənclik" metrosu yaxınlığında – “Dədə Qorqud” parkında keçirilən ictimai tədbirdə uşaq və yeniyetmələr üçün həvəskar qayıqlarda özünü sınamaq imkanı yaradılıb. Bu sınaq yürüşlərinə peşəkar müəllimlər nəzarət ediblər. 100-dən çox uşaq və yeniyetmə avarçəkmə qayıqları sürüblər. Tədbir paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə
Federasiyası bu cür tədbirləri mütəmadi olaraq təşkil edir.