Astarada tələbə dənizdə boğulub ölüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki nəzarətsiz çimərlikdə olub.
Belə ki, Lerik rayon sakini Tunar Taleh oğlu Qafarov dənizdə dostları ilə çimərkən boğulub.
Onun Astarada kollecdə oxuduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.