2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində yerləşən Qarabağ
Universitetində “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib. “Gələcəyin
Qarabağı üçün birgə addımlar” konsepti ilə baş tutan forum Qarabağ bölgəsində
təhsilin və insan kapitalının inkişafına həsr olunmuş aparıcı platforma olaraq
çıxış edib.
Forumun açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin
Bayramov və Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev
çıxış edərək Qarabağın inkişafında təhsilin rolunu, bölgənin bərpası üçün
yüksək ixtisaslı kadr hazırlığının əhəmiyyətini vurğulayıblar. Açılış
mərasimindən sonra Qarabağ Universiteti tələbələri üçün təqaüd proqramının
təsis olunması ilə bağlı sənədlər imzalanıb. Bu təşəbbüs bölgədə təhsil
imkanlarının genişləndirilməsinə və tələbələrin inkişafına hədəflənib.
Forumda iki müxtəlif istiqamətdə panel müzakirələri də gerçəkləşib. İlk panel Təhsilin
İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə
“Böyük Qayıdış: Çağırışlar və imkanlar” mövzusunda baş tutub. Paneldə
Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası
Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi
nümayəndəsi Elçin Yusubov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri
Rəhman Hacıyev iştirak ediblər. Müzakirələr zamanı bölgədə iqtisadi inkişaf,
təhsilin bu prosesdə rolu və yeni əməkdaşlıq imkanları diqqət mərkəzində olub.
İkinci panel isə “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları”
mövzusuna həsr olunub. Paneldə Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə,
eləcə də digər aparıcı özəl sektor nümayəndələri iştirak ediblər. Paneldə
dövlət-özəl tərəfdaşlığının Qarabağın uzunmüddətli iqtisadi və sosial
inkişafındakı rolu, yeni əməkdaşlıq mexanizmləri və bölgədə rəqəmsal
iqtisadiyyat və innovasiyaların tətbiqi imkanları müzakirə olunub.
Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə çıxışında qeyd edib ki, “Ən böyük istəyimiz odur ki,
Qarabağ Universitetindən
məzun olan gənclər sabah bölgənin iqtisadi və sosial inkişafında aparıcı rol
oynasınlar. Təhsil ənənəvi biliklərlə yanaşı, texnologiya və innovasiya yönümlü
olmalıdır ki, gənclərimiz dəyişən əmək bazarına tam hazır olsunlar. Kapital
Bank olaraq biz bu prosesdə təkcə maliyyə əlçatanlığımızı yox, həmçinin peşəkar bilik və təcrübəmizi
də bölüşməyə daim hazırıq”.
Qeyd edək ki, Kapital Bank uzun illərdir Elm və
Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində bir sıra təhsil layihələrini
həyata keçirir. Bankın təşəbbüsü ilə ali təhsil müəssisələrində tələbələr üçün
müxtəlif təqaüd proqramları təqdim olunur, həmçinin bir sıra universitetlərdə Kapital Bank tədris otaqları istifadəyə verilib. Bu layihələr tələbələrin
rəqəmsal bacarıqlarının artırılmasına, əmək bazarına daha hazırlıqlı olmalarına
və innovativ mühitdə inkişaf etmələrinə dəstək göstərir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya
Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi
üçün — https://kbl.az/prcrc.