Dünyaca məşhur ergoterapi mütəxəssisi Dr. Babak Kaşifi Mehrəm Azərbaycana gəlir.
30 ildən artıq peşəkar təcrübəyə malik, Ankara Hacettepe və Cənubi Kaliforniya Universitetlərində ixtisaslaşmış, Təbriz Tibb Universitetinin professoru və TALAŞ Mərkəzinin təsisçisi olan tanınmış ergoterapi mütəxəssisi Dr. Babak Kaşifi Mehrəm 21–22 iyun tarixlərində Azərbaycanda olacaq.
Qüsursuz Nitq Psixologiya Mərkəzinin təşəbbüsü ilə baş tutacaq bu səfər çərçivəsində Dr. Kaşifi Mehrəm autizm və uşaq inkişafı üzrə beynəlxalq təcrübəsini paylaşacaq, müalicə metodlarını təqdim edəcək, duyu bütövləmə sahəsində praktiki təlimlər keçirəcək.
Autizm və uşaq inkişafı sahəsində çalışan mütəxəssislər, valideynlər və maraqlı şəxslər üçün fürsət olan bu tədbiri qaçırmayın!