Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov “Bilgəh” sanatoriyasında
dincələn görkəmli xanəndə, Xalq artisti Arif Babayevi ziyarət edib.
Manset.az xəbər verir ki, muğam
sənətimizin inkişafındakı xidmətlərinə görə “Şöhrət”, “İstiqlal” və “Şərəf”
ordenləri, “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunmuş Arif
Babayevlə görüşdə sənətkarın səhhəti ilə maraqlanılıb, ona diqqət və ehtiram
göstərilib. Eyni zamanda xanəndənin Heydər Əliyev Mükafatına layiq görülməsi
münasibətilə təbriklər çatdırılıb.
Görüş
zamanı Respublika Komitəsi tərəfindən mədəniyyət işçilərinin sosial rifahının
yaxşılaşdırılması, peşəkar inkişafının və yaradıcılıq imkanlarının genişləndirilməsi
istiqamətində həyata keçirilən tədbirlər barədə danışılıb.
Xalq
artisti göstərilən diqqət və qayğıya görə həmkarlar ittifaqının nümayəndələrinə
təşəkkür edib.