Elxan Nəcəfov Qarabağ Universitetində tələbələrlə görüşdü

16:25 - 03 İyun 2025

Elxan Nəcəfov Qarabağ Universitetində tələbələrlə görüşdü

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov Qarabağ Universitetinə səfər edərək bu ali təhsil ocağında təhsil alan naxçıvanlı tələbələrlə görüşüb. Görüş zamanı tələbələrin təhsil şəraiti, yataqxana imkanları və ümumi sosial-məişət vəziyyətləri ilə maraqlanılıb.


Manset.az xəbər verir ki, hazırda Qarabağ Universitetində 44 nəfər naxçıvanlı tələbə təhsil alır. Onlardan 32 nəfəri Naxçıvan Muxtar Respublikasının müxtəlif ümumtəhsil məktəblərinin, 12 nəfəri isə ölkəmizin digər bölgələrindəki təhsil müəssisələrinin məzunlarıdır.

Tələbələrlə səmimi və isti şəraitdə keçən görüşdə onların fikir və təklifləri dinlənilib, gələcək planlarına dair müzakirələr aparılıb. Təhsil naziri Elxan Nəcəfov tələbələrə uğurlar arzulayaraq bildirib ki, Qarabağ Universiteti Azərbaycanın süverenliyinin və bərpa olunmuş ərazi bütövlüyünün simvoludur. Bu ali məktəbdə təhsil alan hər bir gənc dövlətimizin diqqətindədir.

Görüşün sonunda təhsil naziri Qarabağ Universitetinin kollektivinə uğurlar arzulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv