Zəvvarlarımız Həcc ayinlərinə başlayırlar

20:25 - 03 İyun 2025

Zəvvarlarımız Həcc ayinlərinə başlayırlar

Azərbaycanlı zəvvarlar bu axşam Həcc ziyarətinin əsas ayinlərinə başlayırlar.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.

"Kim istəsə, tərviyəyə çıxır. Bizim hacıların təxminən 50-60 faizi Minaya gedəcək. Məkkədə qalan hacılar isə sabah gecə Ərəfata qalxacaqlar və birisi gün səhər Ərəfatda olacaqlar. Minada tərviyəyə gedən hacılarımız isə sübh namazından sonra Ərəfata gələcəklər", - QMİ rəsmisi deyib.

V.Cahangiri bütün zəvvarların Ərəfatda olacağını qeyd edib:

"Ərəfat günü Qurban bayramından bir gün əvvəldir. Zəvvar gəlib Ərəfatda durmasa, Həcc ziyarəti sayılmır. Zülhiccə ayının 9-u, yəni iyunun 5-də hacıların hamısı Ərəfatda durub ibadətlərini etməlidirlər".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv