Metrodan istifadə edənlərə ŞAD XƏBƏR 

08:30 - 04 İyun 2025

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR 

Rəqəmsal əkiz (digital twin) texnologiyası ilə aparılan simulyasiyalar nəticəsində metro sıxlığının azaldılması məqsədilə 10 yeni stansiyanın layihələndirilməsi prosesi davam edir.


Manset.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov bildirib.

"Bu stansiyalardan biri yaxın zamanda istifadəyə veriləcək, digərləri isə 2030-cu ilə qədər mərhələli şəkildə açılacaq".

E.Abbasov əlavə edib ki, hazırda "Bakı Metropoliteni" illik 220–230 milyon sərnişin daşıyır:

"Onlardan təxminən 6 milyonu güzəştli (ödənişsiz) keçidlərdir. Gündəlik sərnişin sayı iş günlərində orta statistik hesabla 740 min nəfərə qədər yüksəlir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv