Abşeronda balıqların kütləvi tələf olduğu ərazidə son vəziyyət: FOTO - YENİLƏNİB 

18:49 - 04 İyun 2025

Abşeronda balıqların kütləvi tələf olduğu ərazidə son vəziyyət: FOTO - YENİLƏNİB 

Abşeron rayonu Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı bir neçə qurum bu gün hərəkətə keçib.


Manset.az oxu.az-a istinadən xəbər verir ki, əraziyə texnika cəlb olunub. Ekskavatorla çala qazılıb və balıqların bir qismi basdırılsa da, göldən ölü balıqlar tamamilə təmizlənməyib.

Ərazidən hazırlanan fotoreportajı təqdim edirik:




***

12:49

Abşeron rayonu Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi (AXA), Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır.


Manset.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hər üç dövlət qurumunun mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, sudan və balıqlardan nümunələr götürülüb. Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Aparılacaq analizlərin nəticəsi əldə edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Məhəmmədi kəndində göldə balıqların kütləvi ölümünü əks etdirən video görüntülər yayılıb.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv