Manset.az Bizim.media-ya istinadən xəbər verir ki, bu dövrdə fondun ümumi xərcləri 2 milyard 501 milyon manat təşkil edib.
Xərclərin artması əsasən yeni sosial paketin icrasına başlanılması və pensiya təyinatlarının çoxalması ilə bağlıdır. Belə ki, bu ilin ilk aylarında 17 500-dən çox şəxsə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin olunub.
2025-ci ilin ilk aylarından etibarən pensiyalarda artım müşahidə olunsa da, ilin sonuna qədər daha bir artım qərarının verilməsi ehtimalı gündəmdədir.
Qeyd edək ki, DSMF-nin 2025-ci il üçün təsdiqlənmiş büdcəsində də artım nəzərdə tutulmuşdu. 2024-cü ildə 6 milyard 949 milyon manat olan illik xərc, bu il üçün 7 milyard 676 milyon manata yüksəlib. Bu, təxminən 10 faizlik artım deməkdir. Fondun gəlirlərində də müsbət dinamika müşahidə olunur - yanvar-aprel aylarında gəlirlər proqnozla müqayisədə 13 faiz çox olmaqla 2 milyard 715 milyon manata çatıb.