Bayram günlərində zəhərlənənlərin sayı açıqlandı

11:50 - 10 İyun 2025

Bayram günlərində zəhərlənənlərin sayı açıqlandı

Bayram günlərində (06.06.2025-ci il tarixindən 09.06.2025-ci il tarixinə qədər) zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 11 nəfər qəbul edilib.


Manset.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Bildirilib ki, onlardan 3 nəfər sirkə turşusundan, 5 nəfər dərmandan, 1 nəfər ilan sancmasından, 1 nəfər allergik reaksiyadan, 1 nəfər isə fosfor üzvi birləşmələsindən zəhərlənən şəxslərdir.

Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv