Birbank
növbəti dəfə müştərilərinə unudulmaz hədiyyələr qazandırdı! 11 mart-15 may
2025-ci il tarixlərində keçirilən Birbank Bahar lotereyası başa çatdı və qaliblər
bəlli oldu.
Lotereya
çərçivəsində Birbank tətbiqindən və
ya birbank.az, kapitalbank.az
saytlarından nağd pul krediti, Birbank Star kredit kartı və ya istənilən
Birbank taksit kartı, eləcə də m10 tətbiqindən nağd pul krediti, Umico-dan kredit əldə
edən, həmçinin əldə etdiyi Birbank Star kredit kartı və istənilən Birbank
taksit kartı ilə Umico.az-dan alış veriş edən minlərlə müştəri iştirak şansı
qazandı. Hər 1000 AZN-lik kredit və ya alış-veriş üçün bir şans təqdim edilən
stimullaşdırıcı lotereyada minlərlə iştirakçı arasından 100 şanslı şəxs qalib
seçildi.
5
iyun 2025-ci il tarixində keçirilən canlı tirajda 45 nəfər “Bravo” marketdən 50
AZN-lik kupon, 25 nəfər “Kontakt Home”dan 200 AZN dəyərində hədiyyə kartı, 15 nəfər
“PAŞA Travel”dan 500 AZN-lik ölkədaxili səyahət paketi qazandı. Əlavə olaraq,
10 nəfər “Apple Watch Series 8”, 4 nəfər “iPhone 16 Pro”, 1 nəfər isə lotereyanın
superprizi olan “Toyota Corolla” avtomobilinə sahib oldu.
Lotereya
qaliblərinin siyahısı: http://b-b.az/blqs
Daim
ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan
çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət
Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank
2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə
xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə
institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına,
196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.