Bu ilin may-iyun aylarında 8 nəfər qarpızdan zəhərlənib.
Manst.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.
Bildirilib ki, bu il may-iyun ayları ərzində KTM-in Toksikologiya şöbəsinə qarpızdan zəhərlənmə diaqnozu ilə 8 nəfər müraciət edib.
Məlumata görə, onların hər birinə ilkin tibbi yardım göstərilib və ölüm halı qeydə alınmayıb.