Ölkənin
ilk rəqəmsal bankı Birbank, innovasiya və sürət lideri “Bakcell”-lə əməkdaşlıq
çərçivəsində ölkədə bir ilkə imza atır.
Belə ki, müştərilər “Bakcell”-in yalnız “Birinci” tarifinə aid boş SIM
kartlarını əldə edərək, zərfin içərisində təqdim olunan QR kod vasitəsilə nömrəni
onlayn formada, heç bir sənəd təqdim etmədən aktivləşdirə və unikal imkanlardan
faydalanmaq şansı qaznırlar.
Cəmi
6.90 AZN-dən başlayan məbləğlə “Birinci” tarifinə qoşularaq sərfəli rabitə xidməti
əldə etmək mümkündür. Eyni zamanda “Birinci” tarifinə qoşulan istifadəçilər üçün
xüsusi üstünlüklər də təqdim olunur:
-
Birbank tətbiqindən
istifadə üçün internet paketi bitdikdən sonra pulsuz internet;
-
Kommunal, TV,
internet, mobil və stasionar telefon ödənişlərinə əlavə 1% keşbek;
-
Birbank tətbiqində
QR ödənişlərinə əlavə 0.5% keşbek;
-
Trendyol-da 2 ədəd
10% dəyərində endirim kuponu;
-
Umico Premium
xidmətinə pulsuz abunəlik;
-
Tarif parametrlərini
fərdi ehtiyaclara uyğun tənzimləmə imkanı.
Qeyd
edək ki, SIM kartları Kapital Bank/Birbank-ın “28 Mall”, “Gənclik Mall”,
“Sahil”, “Binəqədi”, “8-ci mikrorayon”, “Yasamal” və “Sumqayıt” filiallarından,
eyni zamanda Bravo supermarketlər şəbəkəsinin “Gənclik Mall”, “Koroğlu”, “20
Yanvar” və “Əhmədli” filiallarından əldə etmək mümkündür. Kartlar sözügedən filiallarda
quraşdırılmış xüsusi stendlər vasitəsilə təqdim olunur. İstifadəçilər stend və
ya SIM paketinin içərisindəki QR kodu Birbank tətbiqi ilə skan edərək nömrəni
tam rəqəmsal və sürətli şəkildə aktivləşdirə, daha sonra “Birinci” tarif
paketindən faydalana bilərlər.
Ətraflı
məlumat üçün: http://b-b.az/btpr
Daim
ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank, 3 milyondan
çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda
ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək
ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və
Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini
davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.