Bakıda bu yollar bağlanır - Sürücülərin nəzərinə

17:19 - 13 İyun 2025

Bakıda bu yollar bağlanır - Sürücülərin nəzərinə

Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.


Bu barədə Manset.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, iyunun 14–16-da paytaxtın bəzi küçə və prospektlərdə yol təmir işləri aparılacaq.

Bildirilib ki, təmir işləri aparılacaq ünvanlar - Səbail rayonu – Badamdar şosesi, Binəqədi rayonu – Mehdiabad–Binəqədi–Balaxanı yolunun kəsişməsi, Nərimanov rayonu – Ziya Bünyadov prospekti, Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə, Çingizxan mərasim evinin yanı, yan yol, Xətai rayonu – Babək prospekti, 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı, Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi, H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək, Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsidir.

Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv