- Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə mütəmadi görüşlər təşkil edir. Onların fikirləri, təklifləri və tövsiyələri dinlənilir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən keçirilən belə tədbirlərdən biri Xızıda baş tutub.
Manset.az xəbər verir ki, Heydər
Əliyev Mərkəzində təşkil olunan görüşdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş
Departamentinin direktor müavini İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr
İdarəsinin rəisi Vaqif Mustafayev, Sumqayıt Regional Enerji Təchizatı və Satışı
İdarəsinin (RETSİ) rəisi Həbib Əzizov, Xızı rayon İcra Hakimiyyətinin nümayəndəsi
Vüqar Əliyev iştirak edib.
Görüş
zamanı fermer, sahibkar və vətəndaşlara Cənab Prezident İlham Əliyevin
tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma
və əsaslı təmir işləri barədə geniş məlumat verilib. Bildirilib ki, görülən işlər
nəticəsində ölkənin hər bir tərəfində müxtəlif gücdə yarımstansiyalar tikilir,
yeni transformatorlar quraşdırılır.
Həmçinin
tədbir iştirakçıları elektron xidmətlər barədə məlumatlandırılıb. Xidmət mərkəzlərində
vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.
Tədbirdə
yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi
və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət
etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət
göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi
hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi
prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı
məlumatlar verilib, onların sualları cavablandırılıb. Eyni zamanda, həm ASAN
Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən
bütün xidmətlər barədə geniş məlumat verilib. Vətəndaşların və sahibkarların
müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb.
Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə
imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı
sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.
Görüş
zamanı “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin təşkil etdiyi
“Sabaha yaşıl işıq” kursları barədə də ətraflı məlumat verilib. Bildirilib ki,
Elm və Təhsil Nazirliyi tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərən
tədris kurslarında dərin biliyə, bacarığa və yüksək peşə hazırlığına malik mütəxəssislər
yetişdirilir. Bir ay müddətində kursları uğurla başa vuran müdavimlərə dünyanın
bir çox aparıcı energetika şirkətləri tərəfindən tanınan sertifikatlar təqdim olunur.
Abonentlərin
dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi
itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkənin bütün
regionlarında maarifləndirici tədbirlər, görüşlər təşkil edir. Fermer və
sahibkarların mövcud problemlərinin həlli istiqamətində işlər aparılır.