Bakı Bulvarında növbəti dəfə batmaqda olan şəxs xilas olunub.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1999-cu il təvəllüdlü Əsədov Pərviz Fəxrəddin oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, ötən gün axşam saatlarında da Bulvarda oxşar hadisə baş verib və 1993-cü il təvəllüdlü İlqar Əliyev dalğıclar tərəfindən xilas edilib.