Daha bir tiktoker həbsdən buraxıldı

15:37 - 17 İyun 2025

Daha bir tiktoker həbsdən buraxıldı

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində "TikTok" sosial şəbəkəsində "Kürd" ləqəbi ilə tanınan Ceyhun Nəbiyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin edib və C.Nəbiyev istintaq dövründə ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, C.Nəbiyev ötən ilin dekabrında saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilib və barəsində cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə tiktoker həbs edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az