"Qəzalar artır, təhlükə yaradır" - DYP-dən vacib XƏBƏRDARLIQ

10:18 - 18 İyun 2025

\"Qəzalar artır, təhlükə yaradır\" - DYP-dən vacib XƏBƏRDARLIQ

Son dövrlərdə ölkəmizdə, xüsusilə turizm və istirahət zonalarında kvadrosikllərin istifadəsi hallarında artım müşahidə olunur. Təəssüf ki, bəzi hallarda bu nəqliyyat vasitələri yol hərəkəti qaydaları pozularaq təhlükəli formada idarə olunur. Nəticədə, konstruktiv quruluşuna görə passiv təhlükəsizlik elementləri ilə təmin olunmayan bu növ nəqliyyat vasitələri ilə törədilən qəzalar daha ağır və faciəvi nəticələrə səbəb olur.


Manset.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) kvadrosikllərlə bağlı xəbərdarlığında qeyd olunub.

Bildirilib ki, kvadrosikllər istər ümumi istifadədə olan yollarda, istərsə də mürəkkəb relyefə malik ərazilərdə idarə edilərkən tarazlığın asanlıqla itirilməsi və açıq quruluşu səbəbindən ciddi təhlükə yaradır:

"Mövcud faktlar göstərir ki, bu nəqliyyat vasitələri ilə baş verən qəzalar zamanı ağır bədən xəsarətləri, travmalar və ölüm halları müşahidə olunur".

BDYPİ bu növ nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edərək, yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl olunmasının vacibliyini xatırladır, azyaşlıların bu növ nəqliyyat vasitələri ilə hərəkət etməsinə isə heç bir halda imkan verilməməsini valideynlərin diqqətinə çatdırır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az