Bakıda bu yaşayış binaları söküləcək - Ərazi plana düşdü

10:23 - 18 İyun 2025

Bakıda bu yaşayış binaları söküləcək - Ərazi plana düşdü

Bakının Binəqədi rayonunda istismara yararsız binalar söküləcək. Artıq bu məqsədlə layihə-smeta sənədlərinin hazırlanmasına start verilib.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, söküntü işləri Binəqədi rayonu Dəmiryol küçəsi, ev 19 və Ağa Nemətulla küçəsi, ev 13 ünvanlarında yerləşən və istismara yararsız hesab edilən binaları əhatə edəcək.

Binəqədi Rayon İcra Hakimiyyətindən də çəkilən ərazilərdə söküntü işlərinin aparılacağı təsdiqlənib. 

Qeyd edək ki, söküntü işlərinin hansı tarixdə aparılacağı hələlik açıqlanmayıb. Lakin əhaliyə yaşadıqları və qəzalı vəziyyətdə olan binalarını tərk etmək üçün kompensasiya təklif ediləcək. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az