Bullinq şagirdlərin psixoloji sağlamlığını ciddi şəkildə
pozan, onların inkişafına mənfi təsir göstərən, özlərinə inamını və sosial
bacarıqlarını zədələyən hərəkətlərdir. Bu
səbəbdən də bullinqin qarşısını almaq və məktəblərdə sağlam psixoloji mühit
yaratmaq son dərəcə vacibdir. Elə bu məqsədlə də cari ilin yanvar ayında Kapital
Bank-ın təşəbbüsü və maliyyə dəstəyi, “Dərs Evi” tədris mərkəzinin təşkilatçılığı,
eləcə də Azərbaycan Respublikasının Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Dəyişiklik
səndən başlayır!” adlı sosial layihəyə start verilib. Layihə ümumtəhsil məktəblərində
bullinqə qarşı mübarizə və bu mövzuda maarifləndirməni hədəfləyir.
Layihə çərçivəsində Bakı şəhəri 18 nömrəli tam orta
məktəbdə məktəbin şagird və müəllim heyəti, eləcə də valideynlər üçün davamlı maarifləndirici ssesiyalar keçirilib.
Təlimlər “Travli.net” mərkəzinin ekspertləri və “Dərs Evi” tədris mərkəzinin mütəxəssisləri
tərəfindən icra edilib. Daha sonra layihənin effektivliyinin ölçülməsi məqsədi
ilə sorğu və qiymətləndirmə mərhələsi baş tutub.
Qeyd edək ki, “Dəyişiklik səndən başlayır!” layihəsinin
ilk mərhələsində beynəlxalq “Travli.net”
mərkəzinin ekspertləri tərəfindən “Dərs Evi” tədris mərkəzinin müəllimləri üçün
xüsusi təlimlər təşkil olunub. Bu təlimlər sayəsində müəllimlər bullinqlə bağlı
bilik və bacarıqlarını təkmilləşdirərək digər müəllim həmkarlarına, şagird və
valideynlərə maarifləndirici sessiyalar keçmək bacarıqlarına yiyələniblər.
Layihənin əsas məqsədi məktəblərdə psixoloji mühiti
daha da sağlamlaşdırmaq, şagirdlər arasında zorakılıq hallarının qarşısının
alınması, müəllim və valideynlərin bullinqin tanınması və qarşısının alınması
istiqamətində maarifləndirilməsidir. Bu yanaşma təhsil mühitində qarşılıqlı
anlayış və empatiyanın güclənməsinə xidmət edir.
Kapital Bank Korporativ Sosial Məsuliyyət
strategiyası çərçivəsində cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən mövzulara
xüsusi önəm verir. Bullinqə qarşı bu təşəbbüs Bankın sosial rifaha, təhsilin
inkişafına və gələcək nəsillər üçün sağlam mühitin formalaşmasına verdiyi töhfənin
daha bir nümunəsidir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA
Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52
şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi
üçün – https://kbl.az/prcrc.