Kanalda 13 yaşlı uşaq batdı

00:30 - 20 İyun 2025

Kanalda 13 yaşlı uşaq batdı

Mingəçevirdə 13 yaşlı uşaq Qarabağ kanalında batıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

Məlumata görə, 2011-ci il təvəllüdlü Sübhan Hüseyn oğlu Abdullayev suya düşərək batıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az