Qarpız tumunu atmayın! Faydaları var

21:06 - 20 İyun 2025

Qarpız tumunu atmayın! Faydaları var

Yay aylarının sevilən meyvəsi olan qarpız təkcə sərinləşdirici dadı ilə deyil, sağlamlığa faydaları ilə də tanınır.


Manset.az-ın xarici mediaya istinadən xəbər verir ki, onun 92%-i sudan ibarətdir, C və A vitaminləri ilə immuniteti gücləndirir, likopenlə ürək sağlamlığını qoruyur, kaliumla isə qan təzyiqini tənzimləyir.

Lakin tərkibindəki şəkərə görə diabet və böyrək xəstələri diqqətli olmalıdır.

Az bilinən tərəfi isə tumlarıdır. Qovrulmuş qarpız tumları yağ turşuları, maqnezium və zülalla zəngin olub ürəyə faydalıdır, yaddaşı gücləndirə və pis xolesterini azalda bilər.

Qarpızdakı C vitamini və sitrulin isə dəri elastikliyini artırır və məşqdən sonra bərpaya kömək edir.

Mütəxəssislər xəbərdarlıq edirlər: həddindən artıq istehlak şişkinlik və qan şəkərində dəyişiklik yarada bilər. Buna görə də ölçülü istifadə məsləhətdir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az