Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO

09:18 - 21 İyun 2025

Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO

Tanınmış jurnalist Ağaddin Babayev Lənkəranda vəfat edib.


Manset.az xəbər verir ki, o, doğulub boya-başa çatdığı Şağlaser kəndində vəfat edib.

    Dəfn mərasimi saat 10:00-da kənd qəbiristanlığında baş tutacaq.

    1956-cı ildə anadan olan Ağaddin Babayevin hekayə, pyes və şeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif almanaxlarda, mətbu orqanlarında dərc olunub. Bir neçə pyesi və tərcüməsi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulub. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Teatır Xadimlər İttifaqının üzvü olub.

    Qeyd edək ki, Ağaddin Babayev bir müddət öncə APA-nın cənub bölgəsi üzrə müxbiri olub.

    Allah rəhmət eləsin.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az